Əsas səhifə SiyasətCəmiyyətDünyaİnfoqrafiyaAnalitikİqtisadiyyatİdmanHadisəMədəniyyətMaraqlıCinsi sağlıq +18
Bu il jurnalist olmaq istəyən qabiliyyət imtahanı verəcək
09:20 | 28 .03. 2014
35 dəfə oxunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.

Təyin edilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dolduraraq sənədin təsdiqini təmin etməlidirlər.

Xüsüsi qabiliyyət tələb edən ixtisasları seçənlər üçün müvafiq istiqamətlər üzrə həmin abituriyentlər aprel ayının 15-30-dək seçmə turlarında iştirak etməlidirlər.

Qeyd edək ki, bu ilki ərizə qəbulunda jurnalist olmaq istəyənlər də qabiliyyət imtahanı keçmək üçün əvvəlcədən xususi anketi doldurmalı olacaqlar.

Ərizə qəbulu ilə bağlı bütün məlumatlar "Abituriyent" jurnalının 2-ci sayında dərc olunub.

Müxalifət.net

Şərh yaz
Yoxlama kodu:23393
XƏBƏR LENTI23 .07. 2014 22 .07. 2014 21 .07. 2014